...

9 ayda ölkədə 2 tona yaxın narkotik müsadirə edilib

Cəmiyyət Materials 14 Oktyabr 2016 16:46 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2628 fakt aşkar edilib.
9 ayda ölkədə 2 tona yaxın narkotik müsadirə edilib

Bakı. Samir Əli - Trend:

Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2628 fakt aşkar edilib. Trend-in məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatında göstərlilb.

Məlumatda qeyd edilib ki, onlardan 667-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1687-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 241-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 33-ü isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 962 kq 680,957 qr müxtəlif növ narkotik vasitələr və o cümlədən 21482 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 539 kq 047,989 qr marixuana (27,5%), 185 kq 605,73 qr tiryək (9,5%), 1 ton 172 kq 489,814 qr heroin (60%), 30 kq 112,649 qr həşiş (1,5%), 34 kq 863,637 qr digərləri (1,5%) və 561,138 qr psixotrop maddələr (11848 ədəd həb) təşkil edib.

Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 146 ton 179 kq 920,75 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti