...

Xəbərdarlıq: qeyri-sabit hava şəraiti, sulu qar, qar

Cəmiyyət Materials 19 Oktyabr 2016 12:31 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Xəbərdarlıq: qeyri-sabit hava şəraiti,  sulu qar, qar

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-9° isti, gündüz 10-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti