...

MÜSİAD Bakıda nümayəndəlik açacaq

Cəmiyyət Materials 24 Oktyabr 2016 13:42 (UTC +04:00)
Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD) Bakıda nümayəndəliyini açacaq.
MÜSİAD Bakıda nümayəndəlik açacaq

Bakı. Trend:

Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD) Bakıda nümayəndəliyini açacaq.

Trend-in Dərnəyə istinadən verdiyi məlumata görə, bunu MÜSAİD-in rəhbəri Nail Olpak Makedoniya nümayəndəliyinin açılışında deyib.

Dərnək ümumilikdə qarşıdakı 6 ay ərzində Azərbaycan daxil olmaqla Melburn, Tokio, Amsterdam, Gürcüstan, Pakistan, Strasburq, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Sudan və Belçikada nümayəndəliklərini açmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti