...

Masallıda aşan sərnişin avtobusunda xəsarət alan sərnişinlər - SİYAHI

Cəmiyyət Materials 24 Noyabr 2016 13:16 (UTC +04:00)
Ələt-Astara magistralının Masallı rayonu ərazisində mikroavtobusun aşması nəticəsində xəsarət alan 7 nəfərin kimliyi məlum olub.
Masallıda aşan sərnişin avtobusunda xəsarət alan sərnişinlər - SİYAHI

Bakı. Samir Əli - Trend:

Ələt-Astara magistralının Masallı rayonu ərazisində mikroavtobusun aşması nəticəsində xəsarət alan 7 nəfərin kimliyi məlum olub. Masallı rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanların 7-si də Masallı rayonunun Çaxırlı kənd sakinləridir.

Xəsarət alan - 1961-ci il təvəllüdlü Xancanov Məharət Xamməd oğlu (diaqnoz: baş alın nayihəsinin yaraları, sol dizaltı nayihənin sıyrıntıları), 1987-ci il təvəllüdlü Məmmədov Babək Allahverdi oğlu (hər iki baldırın sıyrılmış yarası), 1972-ci il təvəllüdlü Rəhimova İlhamə Allahyar qızı (sol baldırın qırılmış yaraları), 1968-ci il təvəllüdlü Alışov Sirac Əvəz oğlu (sol baldırın əziyi), 1959-cu il təvəllüdlü Qurbanova Aidə Vəli qızı (Sol baldırın sıyrılması), 1999-cu il təvəllüdlü Məmmədov Cavad Sirac oğlu (aralıq nayihəsinin əziyi) və 1991-ci il təvəllüdlü Talıbov Musa Şahmar oğlu (hər iki baldırın sıyrılmış yaraları, çanaq nayihəsinin əziyi) Masallı rayon Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan 1991-ci il təvəllüdlü Talıbov Musa Şahmar oğlunun vəziyyəti ağır qiymətləndirilir.

Hazırda xəstələrin müayinəsi davam etdirilir.

Xatırladaq ki, bu saatlarda Ələt-Astara magistralının 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində sərnişin daşıyan mikroavtobus yolun kənarına aşıb.

Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

Faktla bağlı araşdırma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti