...

Moskvada Azərbaycan-Rusiya sərhədindəki vəziyyət müzakirə olunub

Cəmiyyət Materials 8 Dekabr 2016 16:59 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinlə görüşüb.
Moskvada Azərbaycan-Rusiya sərhədindəki vəziyyət müzakirə olunub

Bakı. Trend:

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 76-cı sessiyasında iştirak edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinlə görüşüb.

Bu barədə Trend-ə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan-Rusiya sərhədindəki vəziyyət müzakirə olunub və sərhədkeçmə prosesində yaranan problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən birgə səylər müsbət qiymətləndirilib, gələcəkdə bu kimi halların yaşanmaması ilə bağlı qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti