...

Bilik Fondu hərbi hissədə əsgərlərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2016 18:26 (UTC +04:00)
Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 10 Azərbaycan nağılı ingilis dilinə tərcümə olunaraq nəşr edilib.
Bilik Fondu hərbi hissədə əsgərlərlə görüşüb (FOTO)

Bakı. Trend:

Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 10 Azərbaycan nağılı ingilis dilinə tərcümə olunaraq nəşr edilib.

Bilik Fondunun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Fondda təcrübə keçən Dövlət Dillər Universiteti və Avrasiya Universitetinin tələbələrinin tərcümə etdiyi nağıllara illüstrasiyaları Dövlət Uşaq Filarmoniyasının üzvləri çəkiblər.

Dərginin Bilik Fondunda və Dövlət Uşaq Filarmoniyasında geniş təqdimatı keçirilib.

Tərcüməçilərdən Elvin Çəbrayıllı hazırda vətənə borcunu yerinə yetirmək üçün FHN-nin N saylı hərbi hissəsində hərbi xidmətdədir. Bilik Fondu ilə Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə “Nağıllar” dərgisinin təqdimatı keçirilib. Bölmə rəisi polkovnik-leytenant Əliyar İsmayılov Fondun əməkdaşlarını salamlayaraq, hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirilməsinin əsgərlərin hərtərəfli inkişafına töhfə verdiyini vurğulayıb.

16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov hərbi xidmətdə olan gəncləri daim sayıq və nizamlı olmağa çağırıb. Fondun maarifləndirici layihələri, o cümlədən “Nağıllar” dərgisinin ərsəyə gəlməsi barədə ətraflı məlumat verən icraçı direktor Elvin Cəbrayıllıya Bilik Fondunun “Təşəkkürnamə”sini və hədiyyələrini təqdim edib.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Elvin Cəbrayıllının valideynləri əsgərlərin hərtərəfli inkişafı üçün maarifləndirici tədbirlərin vacibliyindən danışıblar.

Bilik Fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təqdim etdiyi kitabları hərbi hissənin kitabxanasına təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti