...

UNEC Gəncə Dövlət Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2016 16:12 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
UNEC Gəncə Dövlət Universiteti ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibov arasında imzalanan sənəddə universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur. Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında anti-plaqiat sahəsində təcrübə mübadiləsinin aparılması da müqavilədə öz əksini tapıb.

Danışıqların nəticəsi olaraq, qeyd edilən layihələrin reallaşdırılması məqsədi ilə mütəmadi işgüzar görüşlər keçiriləcək.

Həyata keçirilən əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetlərilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti