...

Vergi orqanlarında işləmək istəyənlər üçün imtahan keçiriləcək

Cəmiyyət Materials 26 Yanvar 2017 12:29 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il yanvarın 28-də vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlər üçün test imtahanı keçirəcək.
Vergi orqanlarında işləmək istəyənlər üçün imtahan keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il yanvarın 28-də vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün 2889 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 243 nəzarətçi-müəllim, 25 imtahan rəhbəri ayrılıb.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndiriləcək. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti