...

"QALA" BASKETBOL KLUBU GƏLƏN MÖVSÜMÜN BAŞLANMASINA QƏDƏR KOMANDANIN TƏRKİBİNİ SAXLAYACAQ

Cəmiyyət Materials 6 İyul 2005 12:40 (UTC +04:00)

"Qala" basketbol klubu gələn mövsümdə "Challenge Cup" turnirinin oyunlarında çıxış edəcək komandanın tərkibini saxlayacaq. Komandanın prezidenti Fərid Məmmədovun Trend agentliyinə verdiyi məlumata əsasən, Fuad Niftəliyev, Aleksandr Rındin, litvalı Daryus Lukminas və pribaltikalı legioner Andris Majutis kimi əsas oyunçular ölkə çempionu olan bu komandanı tərk etməyəcəklər.

Eyni zamanda keçən mövsümdə "Qərb Universiteniti" tərəfindən icarəyə götürülmüş yığma komandanın kapitanı Tahir Baxşiyev də "Qala"ya qayıdacaq. Lakin gələn mövsümdə kollektivin tərkibi ilə bağlı məsələ "Qala"nın baş məşqçisi Rimas Kurtinaytisin Azərbaycana qayıdandan sonra həll ediləcək. Basketbolçularımız hazırda məzuniyyətdədir və hələ hazırlığa başlamayıblar.

Xatırladaq ki, "Challenge Cup" turnirində ölkə çempionunun rəqibləri Permin "Ural-Qreyt" və Ukraynanın "Kimyaçılar" klubu olacaq.

Xəbər lenti

Xəbər lenti