...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ JURNALİSTLƏR ÜÇÜN BİNA TİKİLMƏSİ İLƏ BAĞLI TƏKLİFİNİ VERİB

Cəmiyyət Materials 6 Sentyabr 2005 15:14 (UTC +04:00)

Milli Mətbuatın 130 illik yubileyi münasibəti ilə bir sıra jurnalistələrə mənzil verilməsiylə bağlı müraciətə İqtisadi İnkişaf Nazirliyi tərəfindən Mətbuat Şurasına cavab məktubu göndərilib. Bu barədə Trend ə mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov açıqlama verib. O, bildirib ki, jurnalistlərin prezident İlam Əliyevə ünvanladığı müraciət Prezident Aparatından İqtisadi İnkişaf Nazirliyinə göndərilib.

Bu məsələ ilə bağlı nazirlik Mətbuat Şurasına məktub göndərib. Məktubda, İqtisadi İnkişaf Nazirliyinin balansında olan, Biləcəri qəsəbəsindəki yarımtikilərin jurnalistlərə verilməsi təklif edilir.

Əflatun Amaşov bildirib ki, nazirliyinin təklif etdiyi yarımtikililərin nə dərəcədə yararlı olub-olmadığını bilmək üçün bu günlərdə həmin yerə baxacaqlar. "Əgər həmin ərazi və tikililər əlverişli olsa, bu bina jurnalistlər üçün tikilə bilər. Razılığa gəlinsə, bundan sonra tender elan olunub tikinti işlərinə başlanılacaq"-deyə Ə.Amaşov bildirib. O əlavə edib ki, mənzil verilməsi üçün təqdim olunan siyahıda 60 nəfər jurnalistin adı var.

Xəbər lenti

Xəbər lenti