...

OMBUDSMAN 11 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ OLUB

Cəmiyyət Materials 22 Sentyabr 2005 18:28 (UTC +04:00)

Sentyabrın 22-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova şikayət ərizələrini araşdırma, habelə cəzaçəkmə müəssisələrinin vəziyyəti ilə tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 11 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirib. Bu barədə Trend ə Ombudsman Aparatından daxil olub.

Ombudsman məhkumları qəbul edərək onların müraciətlərini araşdırıb. Məhkumlar onlara qarşı münasibətdə ciddi dönüş yaradıldığını bildiriblər. O cümlədən, cəzaçəkmə şəraitindən, müəssisə rəhbərliyinin və işçilərin onlarla davranışından şikayətlərinin olmadığını söyləyiblər. Müvəkkilə müraciətlər əsasən məhkəmə qərarları, məhkumların pensiya təminatı, əlil məhkumların əlillik dərəcə alması üçün tibbi-sosial ekspert komissiyalarına müraciəti ilə bağlı olub.

Ombudsman məhkumların nəzərinə çatdırıb ki, müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılacaq.

E.Süleymanova 6 noyabr 2005-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə məhkumların səs vermələri üçün aparılan tədbirlərlə də maraqlanıb.

Xəbər lenti

Xəbər lenti