...

Ekologiya və təbii sərvətlər nazirliyi Xəzər dənizinin kanalizasiya sularından təmizlənməsi üçün bir neçə variant təklif edir

Cəmiyyət Materials 11 Noyabr 2005 14:39 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər nazirliyi Xəzər dənizinin kanalizasiya sularından təmizlənməsi üçün bir neçə variant təklif edir. Bu barədə Trend ə AR ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, nazirlik ARDNŞ-ə məxsus kollektorların əsaslı təmirinin keçirilməsi, yaxınlıqda olan yaşayış massivlərindən buraya kanalizasiya sularının axıdılmasını qadağan etmək və bu massivləri xüsusi kanalizasiya sistemi ilə təmin etmək təşəbbüsü ilə çıxış edir.

"İkinci variant Bakı ətrafı qəsəbələrdə kanalizasiya sularının təmizlənməsi üçün modul qurğularının montajıdır. Bu modul qurğuları $250 minə başa gələ bilər" -deyə nazir bildirib.

H.Bağırov deyib ki, variantlar arasında kanalizasiya sularının axdığı göllərin təmizlənməsi yaxud qurudulması variantı da vardır. "Bu təkliflərin əsas hissəsi Azərbaycan prezidenti ilə müzakirə edilib. O, bunları müsbət qiymətləndirib və müvafiq təkliflər verib" -deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti