...

Ombudsman milli azlıqların vəziyyəti ilə bağlı keçirilmiş seminarda iştirak edib

Cəmiyyət Materials 20 Dekabr 2005 18:11 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası" mövzusunda keçirilən seminarda iştirak edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

E.Süleymanova seminar iştirakçılarına Azərbaycanda insan hüquqları, həmçinin azsaylı xalqların hüquqlarının qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, öz geosiyasi, strateji mövqeləri, təbii sərvətləri baxımından zəngin olan Azərbaycan çoxsaylı milli və etnik azlıqların da doğma vətəninə çevrilib.

Ombudsman çoxmillətli dövlət olan Azərbaycanda milli azlıqların və azsaylı xalqların ölkəmizin bərabərhüquqlu vətəndaşları kimi yaşadığını vurğulayıb. Müvəkkil fəaliyyət istiqamətlərindən birinin ayrı-seçkiliklə mübarizə, bu kimi halların qarşısının alınması və bu sahədə maarifləndirmə işinin həyata keçirilməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Həmçinin "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyada insan hüquq və azadlıqlarının təbliği istiqamətində tədbirlərin keçirildiyi, vətəndaşlara hüquqlarının izah edildiyi, təsisatda hüquq mövzusunda çap vəsaitlərinin hazırlandığı da tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

İnsan Hüquqları üzrə Müvəkkilin 7 xarici Obmudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıq sazişləri imzaladığı da vurğulanıb. Belə ki, bu sazişlərdə təcrübə mübadiləsi ilə yanaşı, hər iki ölkədə yaşayan millətlərin mövcud problemlərinin həllində birgə iştirak istiqamətləri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti