...

Faiq Həsənov: Növbəti dünya çempionatına düşmək uğrunda mübarizəyə şahmatçılar sıfırdan başlamalıdır

Cəmiyyət Materials 23 Dekabr 2005 17:46 (UTC +04:00)

"Növbəti dünya çempionatına düşmək uğrunda mübarizəyə şahmatçılar sıfırdan başlamalıdır". Bu barədə Trend ə Xantı-Mansiyskdə keçirilən dünya çempionatında baş referinin müavini olmuş milli Federasiyanın vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov bəyan edib.

Onun sözlərinə görə, yarışda bütün mütəxəssislər gözləyirdi ki, Teymur Rəcəbov 1/16 finalda hollandiyalı Lyuk van Velə qalib gələcək. "Oyun tay-brekə keçdi, T.Rəcəbov isə ənənəvi olaraq məhz sürətli şahmatda güclüdür. Xüsusən də o, psixoloji üstünlüyə malik idi, belə ki, ilk məğlubiyyətli oyundan sonra ikincidə qalib gələ bilərdi və görüşü bitirə bilərdi. Hamı fikrən qələbəni danışıqsız bizim qrossmeysterə verəndə müvəffəqiyyyət hollandiyalı şahmatçıya nəsib oldu" -deyə F.Həsənov qeyd edib.

FİDE-nin reqlamentinə əsasən, növbəti mundiala vəsiqəni dünya Kubokunun on ən yaxşı şahmatçısı alıb və ən güclü beşlik də onlara qoşulacaq.

Xəbər lenti

Xəbər lenti