2006-cı il ərzində Azərbaycanda 54 404 yerlik 144 məktəbin və əlavə korpusların inşası planlaşdırılır. Təhsil nazirliyindən Trend ə verilən məlumata görə, məktəblər dövlət proqramları çərçivəsində inşa ediləcək.
İl ərzində 66 məktəb binası (32 744 yerlik) və 78 məktəbin nəzdində 21 660 yerlik əlavə korpuslar tikiləcək. Nəzərdə tutulan işləri həyata keçirmək üçün 201,7 mlrd manat tələb olunur.
Bundan başqa müxtəlif mənbələrin, xüsusilə Heydər Əliyev adına Fondun, Yaponiya hökumətinin, Səudiyyə Ərəbistanının İnkişaf Fondunun və digər sponsorların vəsaitləri hesabına bir sıra məktəblərin inşası da planlaşdırılır.