...

Azərbaycan çaparı Olimpiya Oyunlarına doğru

İdman Materials 31 Yanvar 2015 17:15 (UTC +04:00)
Çaparımız Camal Rəhimov Olimpiya Oyunlarında iştirak üçün mübarizənin ilk mərhələsini keçdi
Azərbaycan çaparı Olimpiya Oyunlarına doğru

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Hazırda İspaniyada olan çaparımız Camal Rəhimov bu ölkədə keçirilən 13 mərhələli ibarət beynəlxalq reytinq yarışına (2 star ranking class) qatılır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çaparımız 13 mərhələdən ibarət yarışın ilk mərhələsini keçərək maksimal 50 xalı toplayıb.

O, qarşıda digər 12 mərhələni keçməklə xallarının sayını artıraraq, Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu yarış 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak üçün xal qazandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti