...

Millimiz Fransaya uduzdu

İdman Materials 27 Mart 2015 00:32 (UTC +04:00)
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığmasının mübarizə apardığı 7-ci qrupun oyunlarına start verilib.
Millimiz Fransaya uduzdu

Azərbaycan, Bakı, 27 mart /Trend/

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığmasının mübarizə apardığı 7-ci qrupun oyunlarına start verilib.

Trend-in məlumatına görə, futbolçularımız ilk oyunda Fransanın Sen Lo şəhərindəki Lui Vilmer stadionunda fransalı həmyaşıdları ilə qarşılaşıb.

Oyunun birinci hissəsində qol qeydə alınmayıb. 61-ci dəqiqədə meydan sahibləri hesabı açıblar - Kinqsli Koman fərqlənib. Oyunun son dəqiqələrində Koman dubla imza atıb - 2:0.

Bu qrupun digər oyununda isə İngiltərə Danimarkanı 3:2 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti