...

"Qəbələ"yə bürünc medallar təqdim olundu (FOTO)

İdman Materials 28 May 2015 23:43 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün bürünc medallarını “Qəbələ” klubu qazandı.
"Qəbələ"yə bürünc medallar təqdim olundu (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümünün bürünc medallarını "Qəbələ" klubu qazandı.

Trend PFL-ə istinadən məlumat verir ki, 36-cı tur çərçivəsində keçirilən görüşdə "Bakı"nı 3:0 hesabı ilə məğlub edən şimal təmsilçisi ardıcıl ikinci dəfə bürünc medalları muzeyinə apara bilib.

"Qəbələ" klubuna bürünc medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Qeyd edək ki, Premyer Liqada "Qarabağ" çempion olub, "İnter" isə gümüş medallara sahib çıxıb. "Qəbələ" bu gün bürünc medalları qazanmaqla medalçılar siyahısını tamamlayıb.

Xəbər lenti

Xəbər lenti