Azərbaycan, Bakı, 29 iyun /Trend/
İngiltərənin "Arsenal" komandası qapıçı Peter Çexin transferini təsdiqləyib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, 33 yaşlı çexiyalı qapıçı yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.
"Arsenal" müqavilənin dəyərini açıqlamayıb.
Qeyd edək ki, P.Çexin əvvəlki klubu "Çelsi" olub.