...

UEFA Tbilisi "Dinamo"sunu cəzalandırdı (ƏLAVƏ OLUNUB)

İdman Materials 3 Avqust 2015 21:47 (UTC +04:00)
UEFA Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu Azərbaycanın "Qəbələ" komandasına qarşı keçirdiyi oyunda azarkeşlərinin davranışına görə cəzalandırıb
UEFA Tbilisi "Dinamo"sunu cəzalandırdı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

UEFA Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu Azərbaycanın "Qəbələ" komandasına qarşı keçirdiyi oyunda azarkeşlərinin davranışına görə cəzalandırıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, "Dinamo" növbəti ev matçını azarkeşsiz keçirəcək.

"Dinamo" klubu, həmçinin 20 min avro cərimə ödəyəcək.

Qeyd edək ki, "Dinamo" komandasının azarkeşləri Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanın "Qəbələ" futbol klubu ilə oyunda stadiona təxribatçı şüarlarla gəlmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti