...

Yaşar Doğunun xatirə turnirində ilk gün 1 gümüş və 3 bürünc medal (FOTO)

İdman Materials 5 Fevral 2016 23:49 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir keçirilir.
Yaşar Doğunun xatirə turnirində ilk gün 1 gümüş və 3 bürünc medal (FOTO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnir keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandanın üzvləri ilk yarış günündə 1 gümüş və 3 bürünc medal qazanıb.

İlk yarış günündə 57 və 70 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Ömərov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Türkiyə təmsilçisinə uduzan güləşçimiz turnirin gümüş medalına yiyələnib.

57 kq-da yığmamızı təmsil edən Mahir Əmiraslanov və Giorgi Edişeraşvili, həmçinin 70 kq-da təmsilçimiz Gitinomaqomed Hacıyev bürünc medal uğrunda görüşdə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Sabah 61, 74 və 125 kq, fevralın 7-də isə 65, 86 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti