...

DÇ-2018-də video təkrarlar sistemi tətbiq edilə bilər

İdman Materials 2 Sentyabr 2016 12:54 (UTC +04:00)
FIFA prezidenti Canni İnfantino ötən gün İtaliya və Fransa komandaları arasında keçirilən yoldaşlıq matçında video təkrarların hakimlər tərəfindən ilk istifadəsini uğurlu hesab edib.
DÇ-2018-də video təkrarlar sistemi tətbiq edilə bilər

Bakı. Trend:

FIFA prezidenti Canni İnfantino ötən gün İtaliya və Fransa komandaları arasında keçirilən yoldaşlıq oyununda video təkrarların hakimlər tərəfindən ilk istifadəsini uğurlu hesab edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, o ümid etdiyini bildirib ki, bu sistem 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında yenidən istifadə olunacaq.

Onun sözlərinə görə, bu, futbol üçün tarixi andır: “2016-cı ildə yaşayırıq, video təkrarlar sistemindən istifadə etməyin artıq vaxtıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti