...

"Qarabağ"dan ilk qələbə (VİDEO)

İdman Materials 20 Oktyabr 2016 22:53 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir
"Qarabağ"dan ilk qələbə (VİDEO)

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qarabağ" Bakıda Yunanıstanın PAOK klubunu qəbul edib.

Ağdam təmsilçisinin üstünlüyü ilə keçən oyunda ilk qol ikinci hissədə gəlib. 56-cı dəqiqədə Dani Kintana yunanları məyus edib.

İkinci qol əsas vaxta 3 dəqiqə qalmış qeydə alınıb. Rəqib qapıçı ilə təkbətək çıxan Rahid Əmirquliyev fürsəti əldən verməyib - 2:0.

Beləliklə, J qurpunda 7 xallı "Fiorentina" liderdir, "Qarabağ" və PAOK isə 4 xalla 2-3-cü yerləri bölüşdürürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti