...

Məşqçi: Qazaxıstanlı gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır (FOTO)

İdman Materials 26 Noyabr 2016 15:11 (UTC +04:00)
Qazaxıstanlı gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır.
Məşqçi: Qazaxıstanlı gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Qazaxıstanlı gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır. Bunu Trend-ə qazaxıstanlı məşqçi Yelena Belus deyib.

Məşqçinin sözlərinə görə, hazırda Bakıdakı Milli Gimnastika Arenasında onun yetirmələri - Qazaxıstan yığmasının üzvləri məşq edirlər:

"Bakıda dəfələrlə olmuşam, buna görə də bura - mənə yaxşı tanış olan zala gəlirəm. Bakıdakı arena möhtəşəmdir. Burada bədii gimnastika üçün fantastik şərait var və hər şey detallarına qədər nəzərə alınıb. Halbuki, bir çox yerlərdə buna o qədər də fikir verilməyib. Bura ona görə gəlirəm ki, hara gəldiyimi bilirəm - təlim-məşq prosesi ilə yanaşı, qalma, mehmanxana, tibbi xidmət, fiziki prosedur baxımından yaxşı şəraiti təmin edən peşəkarların yanına gəlirəm. Bizim gimnastlar üçün Bakıda məşq etmək irəliyə doğru böyük addımdır. İlk növbədə, onlar rəqiblərini və liderləri görürlər, digər tərəfdən, burada bizdə olmayan şərait var və bu səbəbdən bacarığımızı artırırıq".

Qazax gimnastların gələn ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında mümkün iştirakına gəlincə, Y.Belus bildirib ki, bununla bağlı qərarı Qazaxıstan Olimpiya Komitəsi qəbul edəcək:

"Biz Oyunlarda iştirak etmək istərdik, çünki bu, gücümüzü yoxlamaq və özümüzü göstərmək üçün daha bir böyük imkandır. Həmçinin, 2017-ci ilin aprel ayında Bakıda bədii gimnastika üzrə keçiriləcək Dünya Kubokunda iştirak edəcəyimizə ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti