...

Məktəblərdə İslam Həmrəyliyi Oyunları ilə bağlı yarışlara başlanılıb

İdman Materials 30 Mart 2017 17:46 (UTC +04:00)
Bu gündən IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verilib.
Məktəblərdə İslam Həmrəyliyi Oyunları ilə bağlı yarışlara başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gündən IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Yarışlar 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə iki mərhələ olmaqla 6 zonada keçiriləcək. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.

İdman növləri üzrə şəxsi yarışlarda və komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.

Yarışlar aprelin 26-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti