Bakı. Trend:
Azərbaycan üzgüçüsü Boris Kirillov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırdır.
Trend-in məlumatına görə, 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil edilmiş III İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış idmançımız deyib:
"Bu dəfə Oyunlar doğma ölkəmdə keçiriləcək. Bu o deməkdir ki, məsuliyyət artır. İslam Oyunları - Mən hazıram!"
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Bakıda 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.