...

Bakı 2017: Türkiyə ağırlıqqaldıranı qızıl medal qazandı

İdman Materials 14 May 2017 14:19 (UTC +04:00)
Bakı-2017 IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.
Bakı 2017: Türkiyə ağırlıqqaldıranı qızıl medal qazandı

Bakı. Trend:

Bakı-2017 IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

Trend-in məlumatına görə, bu gün çəkisi 58 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Qalib adını türkiyəli atlet Sümeyya Kentli qazanıb. O, birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırmada isə 117 kq-ı ram edib. Toplam 207 kq (90+117) nəticə göstərən qardaş ölkə təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gümüş medalı indoneziyalı Aççedya Yaqadhita (199 kq), bürüncü isə özbəkistalı Muattar Nəbiyeva (196 kq) əldə edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti