...

Səudiyyə Ərəbistanı MOK: İslam dünyasının həmrəyliyi üçün İslam Oyunlarının çox mühüm rolu var

İdman Materials 17 May 2017 14:24 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasının həmrəyliyi üçün çox mühüm rolu var.
Səudiyyə Ərəbistanı MOK: İslam dünyasının həmrəyliyi üçün İslam Oyunlarının çox mühüm rolu var

Bakı. Anaxanım Hidayətova - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasının həmrəyliyi üçün çox mühüm rolu var.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Səudiyyə Ərəbistanı Krallığının Milli Olimpiya Komitəsi prezidentinin müavini, şahzadə Əldüblhəkim Əl Səud deyib.

Onun sözlərinə görə, bu idman oyunları müxtəlif müsəlman ölkələrini bir araya gətirirərək, onları bu yarışlar ətrafında birləşdirir:

“IV İslam Həmrəyliyi Oyunları çox gözəl təşkil edilib və biz buna görə Azərbaycana təşəkkürlərimizi bildiririk. Belə yüksək səviyyədə təşkilatçılıq İslam həmrəyliyi yolunda bir addım sayılır. Hesab edirik ki, bu cür oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də genişləndirəcək”.

Şahzadə Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini də yüksək qiymətləndirib:

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi səfirliklə birgə Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarının şərəfinə ziyafət təşkil edib. Mərasimdə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən səudiyyəli idmançılar, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər rəsmilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti