...

AZAL aviabiletlərin qiymətini aşağı sala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2015 16:11 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır.
AZAL aviabiletlərin qiymətini aşağı sala bilər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq, dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycanın hava limanlarından olan uçuşlara aviabiletlərin qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabiletlərin qiymətinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.

Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti