...

"Bank of Baku"dan köhnə Bolkart sahibləri üçün yeni kampaniya

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 17:54 (UTC +04:00)
1994-cü ildən etibarən ölkədə geniş müştəri kütləsinə müxtəlif növ maliyyə xidmətləri göstərən "Bank of Baku" bu ay fəaliyyətinin 22-ci ildönümünü qeyd edir.
"Bank of Baku"dan köhnə Bolkart sahibləri üçün yeni kampaniya

Bakı. Trend:

1994-cü ildən etibarən ölkədə geniş müştəri kütləsinə müxtəlif növ maliyyə xidmətləri göstərən "Bank of Baku" bu ay fəaliyyətinin 22-ci ildönümünü qeyd edir.

Bank ad gününə özəl, müxtəlif müştəri seqmentlərinə yönəlik silsilə kampaniyalara start verib. İlk kampaniya köhnə Bolkart kredit kart sahibləri üçün nəzərdə tutulub.

"Köhnə Bolkartını Gətir, Yenisini Apar" şüarı altında icra olunan bu kampaniya 9-19 fevral tarixlərini əhatə edəcək. Kampaniya şərtlərinə əsasən bu tarixlər arasında Köhnə Bolkart kredit kart sahibləri Banka Yeni Bolkart əldə etmək üçün müraciət edərlərsə, kart hesablarına əlavə olaraq 20 AZN dəyərində BAL qazanacaqlar.

Bununla yanaşı, birinci ilin xidmət haqqından azad olunacaqlar. 20 AZN ekvivalentində olan BAL-lar məhz ad gününə özəl olaraq qeyd olunan 10 günlük kampaniya dövründə hədiyyə olunacaq.

Kampaniyadan sonrakı dövrdə fevral ayının sonuna kimi isə köhnə Bolkartlarını Yeni Bolkart kredit kartları ilə əvəz etmək istəyən müştərilərə bank birinci ilin xidmət haqqından azad olunmaqla rəsmiləşdirmə imkanı verir.

Yeni Bolkartı (Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond) əldə etmək istəyən şəxslər iş yerindən arayışı və ya gəlirlərini təsdiq edən sənədi təqdim etməklə bankın istənilən filialına müraciət edə bilərlər.

Ölkənin ilk hissə-hissə kredit kartı olan Bolkart məhsulu haqqında daha ətraflı məlumatla kartın rəsmi internet ünvanından www.bolkart.az tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti