...

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar üçün hazırlıq seminarı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 18:48 (UTC +04:00)
Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib.
Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar üçün hazırlıq seminarı

Bakı. Trend:

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib.

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 11-12 fevral tarixlərində Almaniyanın Köln şəhərində yerləşən "TÜV Rheinland" Tədris Mərkəzində və müvafiq müəssisələrdə 4-25 aprel tarixlərində tədris və təcrübə keçəcək 25 sahibkar və menecer üçün Bakı Biznes Tədris Mərkəzində hazırlıq seminarı keçirilir.

2 gün davam edən tədbirdə sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və s. barədə ətraflı məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Hazırda sahibkarların və menecerlərin 2016-cı ilin sentyabr ayında "İqtisadi kooperasiya" üzrə Almaniyada ixtisasartırma kurslarına göndərilməsi məqsədilə Bakı Biznes Tədris Mərkəzində namizədlərin seçilməsi üzrə müsabiqə keçirilir.

GIZ-in layihələr üzrə rəhbəri Ronald Şults, layihələr üzrə meneceri Ulrike Fromm və GİZ-in eksperti Vladislav Belov tərəfindən keçirilmiş müsabiqədə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 40 sahibkar və menecer iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti