...

Nazir "Aqrarkredit"in borclara görə agentliyə çevrilməsinə zərurət görmür

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2016 12:19 (UTC +04:00)
Samir Şərifov "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) borcların idarə edilməsi üzrə agentliyə çevrilməsinə zərurət görmür.
Nazir "Aqrarkredit"in borclara görə agentliyə çevrilməsinə zərurət görmür

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın maliyyə naziri Samir Şərifov "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) borcların idarə edilməsi üzrə agentliyə çevrilməsinə zərurət görmür.

Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, "Aqrarkredit" belə məsələlərlə yalnız dövlət başçısının fərmanına uyğun olaraq məşğul olur.

Hazırda BOKT Azərbaycan Beynəlxalq Bankından əldə olunan problemli aktivləri idarə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti