...

Son 10 ayda Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard manatdan artıq vəsait daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2016 17:06 (UTC +04:00)
2016-cı ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub.
Son 10 ayda Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard manatdan artıq vəsait daxil olub

Bakı. Trend:

2016-cı ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.

Trend-ə nazirlikdən verilən məlumata görə, qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon 477,8 min manat çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti