Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda Eksport-İmport Bankının (EXIM Bank) yaradılmasının vaxtı çatıb. Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan iş adamları və sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Əli İhsan Genç deyib.
O qeyd edib ki, belə bir bank qeyri-neft sektorunu inkişaf etdirməyə və ölkə iqtisadiyyatına investisiyaların həcmini artırmağa imkan verəcək.