...

İNVESTİSİYALAR VƏ MƏSLƏHƏTLƏŞMƏLƏRİN TƏŞVİQİ FONDUNUN STATUSUNUN DƏYİŞDİRİLMƏSİ TACIS LAYİHƏSİNİN YERİNƏ YETİRİLMƏSİNƏ TƏSİR ETMƏYƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2005 16:25 (UTC +04:00)

İnvestisiyalar və məsləhətləşmələrin təşviqi Fondunun (İMTF) statusunun dəyişdirilməsi fondun Avropa Birliyinin TACIS proqramı ilə gerçəkləşdirilən institusional quruluşu layihəsinin həyata keçirilməsinə təsir etməyəcək.
Tacis Əlaqələndirici bürosunun icraçı direktoru Əsgər Ələkbərov Trend agentliyinə bildirib ki, layihə artıq Avropa komissiyası tərəfindən bəyənilib və onun icrasının düzəlişə ehtiyacı yoxdur.

İMTF-nin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı olaraq ixracın təşviqi funksiyasının da yerinə yetiriləcəyi nəzərə alınmaqla, xüsusilə ixrac istehsalının təşviqi sahəsinin əhatəsi üçün layihə də genişləndirilə bilər.Amma layihənin maliyyələşdirilməsi dəyişməz olaraq qalacaq.

Qeyd edək ki, iqtisadi inkişaf nazirliyinin investisiyaların və məsləhətləşmələrin təşviqi Fondu üçün TACIS layihəsinin icraçısı Fransanın Sofreco şirkətidir. Layihəyə sabah - avqustun 2-də başlanılacaq.

Layihənin dəyəri 1 mln avro təşkil edir ki, bundan da 950 min avro məsləhətləşmə xidməti, 50 min avro isə müvafiq avadanlığın alınması payına düşür. Layihənin gerçəkləşdirilməsi 2006-cı ilin dekabrınadək davam edəcək.

Xəbər lenti

Xəbər lenti