...

STANDARD INSURANCE SIĞORTA ŞİRKƏTİNİN MENECMENTİ ISO 9001:2000 STANDARTLARINA MÜVAFİQ GƏLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 13:12 (UTC +04:00)

Cari ilin əvvəlində Standard Insurance şirkəti Quadra şirkəti ilə birgə ISO 9001:2000 standartları üzrə sertifikatlaşmaya hazırlığa başlayıb. Şirkətdən Trend ə verilən məlumata görə, hazırlıq mərhələsi dövründə heyət üçün bir sıra seminarlar və treninqlər keçirilib. Treninqlərdə Standard Insurance şirkətinin rəhbərliyi də daxil olmaqla bütün əməkdaşları iştirak edib.

Hazırlıq dövrünün sonuna yaxın Moody International Certification beynəlxalq şirkətilə birgə daxili audit keçirilib ki, onun mövzusu memnecment keyfiyyət sisteminə uyğunluqla bağlı olub. Qeyd edək ki, Standard Insurance şirkətinə məhz həmin beynəlxadq sertifikatlaşma tövsiyyə olunub.

İyulun 1-də Standard Insurance rəsmən sertifikatlaşıb və müvafiq standartlara uyğun sertifikat alıb.

Qeyd etmək lazımdır ki, 2005-ci ilin ilk yarımilində şirkətin toplamış olduğu sığorta pulunun həcmi 17,6 milyard manat olub. Beləliklə, Standard Insurance öz göstəricilərini 2,5 dəfə yaxşılaşdırıb və toplanmış sığorta pulunun həcminə görə Azərbaycanda sığorta bazarındakı liderlər üçlüyünə qoşulub və ötən ilin analoji dövrü ilə müqayisədə dərhal 3 maddə üzrə yüksəlib. Bu gün üçün şirkətin Nizamnamə kapitalı Azərbaycanda mövcud olan sığorta təşkilatları arasında ən böyüyüdür və 10 milyard manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti