...

AVQUSTUN SONLARINDAN AZƏRBAYCANIN REGİONLARINDA PAMBIQ YIĞIMINA BAŞLANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2005 17:00 (UTC +04:00)

Azərbaycanın regionlarında pambıq yığımına avqustun sonlarından başlanacaq. Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik, tərəvəzçilik, üzümçülük və pambıqçılıq şöbəsinin baş müşaviri Rövşən Əliyevin Trend ə verdiyi məlumata görə, kompleks pambıq yığımına sentyabr ayında başlanılacaq.

Onun sözlərinə görə, hazırda sahələrdə suvarma və karantin zərərvericilərə qarşı mübarizə aparılır. Bununla yanaşı, regionlardakı pambıq qəbulu məntəqələrində yenidənqurma və təmir işləri üzrə hazırlıq aparılır. Ümumilikdə cari ildə 112,9 min hektar sahədə pambıq səpini həyata keçirilib.

Faktiki olaraq pambıq istehsalı məsələsilə bağlı R.Əliyev bildirib ki, hazırki anda dəqiq rəqəmlər yoxdur. "Bu yalnız mütəxəssislərin yerlərdə istehsalın səviyyəsini araşdırmaq məqsədilə yoxlamalar apardıqdan sonra mümkün ola bilər", -deyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Azərbaycanın 20 rayonunda, o cümlədən, Salyan-Muğan, Qarabağ və Şirvan kimi regionlarda pambıq yetişdirilir. Ötən il 77,7 min hektar ərazidə pambıq səpini həyata keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti