...

AZƏRBAYCANA DAŞINMALARIN HƏCMİ 7,4% ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2005 17:19 (UTC +04:00)

Cari ilin 7 ayı ərzində Azərbaycana yük daşınmalarının həcmi artıb. Azərbaycanın Nəqliyyat Nazirliyindən Trend ə verilən məlumata görə, yanvar- iyul aylarında 71,2 milyon yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqaüisədə 7,4% çoxdur.

Daşınmaların əsas hissəsi avtomobil nəqliyyatının payına düşür. Nəqliyyatın bu növü ilə 38,3 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,3% çoxdur. Həmçinin, sərnişindaşınmalarının həcmi də 3,8% artaraq 476 milyon nəfər təşkil edib.

Nazirlikdən bildiriblər ki, bu dövrdə dəniz daşınmalarının həcmi 4,7% azalıb. Dəniz nəqliyyatı ilə 7,8 milyon ton yük daşınıb. Göstərilən həcmdən 74,5%-i neft və neft məhsullarının, 18,8%-i isə quru yüklərin payına düşür.

Dəmir yolu ilə daşınmaların həcmi 14 milyon ton təşkil edib ki, bu da ötən ilin analoji göstəricilərindən 19,3% azdır.Daşınmaların qalan himssəsi hava nəqliyyatının, magistral neft kəmərdlərinin və nəqliyyatın digər növlərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti