...

XARİCİ İNVESTORLAR YOL LAYİHƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ HAZIRDIRLAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2005 13:32 (UTC +04:00)

Bir sıra xarici investorlar Bakı-Gürcüstanın sərhəddinədək yolların ayrı-ayrı hissələrinin tikintisini maliyyələşdirməyə maraq göstəririlər. Hökumətdən Trend ə verilən məlumata görə, həmçinin Asiya İnkişaf Bankı yolun Yevlax-Gəncə hissəçsinin təmirinin maliyyələşdirilməsinə 100 milyon dollar ödəməyə hazırdır.

Bundan başqa, trassın maliyyələşdirilməsinə Dünya Bankı da maraq göstərib ki, bank trassın Gəncə-Qazax hissəsinin maliyyələşdirilməsinə 94 milyon dollar ayıra bilər.

Yolun ümumi uzunluğu 520 km təşkil edir, layihşənin ümumi dəyəri isə 300 milyon dollardır. Bununla yanahı, hazırda zaman 2001-ci ildən yenidən qurulan Bakı- Ələt trassı hökumətin hesabına 16 milyon dollara başa çatıb. Ələt -Hacıqabul sahəsində də işlər İslam İnkişaf Bankının və Küveyt Fondunun ayırdığı 36 milyon dollarlıq kredit hesabına başa çatıb. 2005-ci ilin mayından Hacıqabul-Kürdəmir yolu Avropa İnkişaf və Yenidənqurma Bankının (AYİB) 40 milyon dollara təmir olunur. Kürdəmir-Gürcüstan sərhəddi sahəsi İslam İnkişaf Bankının və Küveyt Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək. Yolun həmin sahəsindəki Yevlax-Gəncə və Gəncə-Qazax hissə Asiya İnkişaf Bankı və Dünya Bankı tərəfindən maliyyələşdirilə bilər.

Xəbər lenti

Xəbər lenti