...

SILK WAY AIRLINES HAVA YOLLARI ŞİRKƏTİ YERLİ KİV-NİN MƏLUMATINI TƏKZİB EDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2005 20:56 (UTC +04:00)

Azərbaycanın özəl Silk Way Airlines hava yolları şirkəti yerli KİV-nin həmin şirkətin İsveçrə ərazisinə uçuşları qadağan edilmiş avia şirkətlər siyahısına daxil olması barədə yaydığı məlumatı təkzib edib.Bu barədə Trend ə Silk Way Airlines şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Əlişan Qədirov bildirib.

Onun sözlərinə görə, şirkətin adı heç bir siyahıda göstərilməyib, yayılan məlumatlar həqiqətə uyğun deyil. "Biz Avropa Şurasının bütün ölkələrinə dünya standartlarına müvafiq qaydada uçuşlar həyata keçiririk və tam təhlükəsizliyi təmin edirik.Bizim təyyarələrimiz dünyanın 50-dən çox ölkəsinə uçur " -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti