...

2005-Cİ İLDƏ KARTOF YIĞIMININ HƏCMİ 1,65 MLN. TON OLARAQ PROQNOZLAŞDIRILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2005 18:00 (UTC +04:00)

2005-ci ildə Azərbaycanda 70 min hektardan artıq sahədə kartof yığımının həcmi 1,65 mln. ton olaraq proqnozlaşdırılır. AR kənd təsərrüfatı nazirliyində Trend ə bildirilib ki, hazırda regionlarda kartof yığımı təxminən 54 min ha. sahədə həyata keçirilib.

Nazirlikdə qeyd olunub ki, bu göstərici ötən mövsümlə müqayisədə 122,5 min ton çoxdur.

Ölkənin bir çox rayonlarında əkilən kartof istehsalı artımının əsas səbəbini nazirlikdə bu il kartof sahələrinin 8,7% genişləndirilməsi ilə izah etdilər.

Qeyd edək ki, ötən il Azərbaycanda kartof istehsalının artım həcmi 930,1 min tona çataraq 21% təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti