...

FAO Azərbaycanın səsvermə hüququnu bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 13:49 (UTC +04:00)

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın səsvermə hüququnu bərpa edib. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu qərar FAO konfransının noyabrın sonunda Romada başa çatmış 33-cü sessiyasında qəbul olunub.

Əsası 16 oktyabr 1945-ci ildə qoyulmuş FAO BMT-nin birinci ixtisaslaşdırılmış müəssisəsidir. Onun 150-dən artıq üzvü var. Təşkilatın yaradılmasında məqsəd kənd təsərrüfatı, ərzaq mallarının istehsalı, balıq emalı sənayesi sahəsində texniki yardımın göstərilməsindən ibarətdir.

Azərbaycan 1995-ci ilin oktyabrından bu təşkilatın üzvüdür. Lakin bir müddət üzvlük haqqının ödənilməməsilə əlaqədar təşkilat Azərbaycanın səsvermə hüququnun ləğv edilməsinə dair qərar qəbul etmişdi. 2004-cü ildə Azərbaycan borcun ödənilməsinə hazır olduğunu bildirsə də, səsvermə hüququnun bərpası məsələsi hələ də açıq qalırdı.

Dövlət strukturunda o da bildirilib ki, Azərbaycan təşkilatın tamhüquqlu üzvü kimi 2006-cı ildən başlayaraq üzvlük haqqını hər il ödəyəcək, əvvəlki illərdən yığılmış borclar isə 10 il ərzində hissə-hissə ödəniləcək.

FAO-nun 34-cü sessiyası 2007-ci ildə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti