...

Azərbaycanda pambıq yığımı başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 13:13 (UTC +04:00)

Azərbaycanın regionlarında pambıq yığımı başa çatıb. Kənd Təsərrüfatı nazirliyindən Trend ə verilən məlumata görə, 2005-ci il ərzində 112 min ha sahədən 193 895 ton pambıq yığılıb ki, bu da ötən illə müqayisədə 58 895 ton çoxdur.

Cari il ərzində pambıq istehsalı proqnozu 185 min ton həcmində müəyyən edilib. Proqnoz 104% yerinə yetirilib.

Nazirlikdən o da qeyd edilib ki, ən yüksək msəhsuldarlıq Bərdə, İmişli və Saatlıda müşahidə olunub. Burada məhsuldarlıq hər hektara 20 sentnerdən 22,5 sentnerə qədər təşkil edib.

Azərbaycanda pambıq ölkənin 21 rayonunda, xüsusilə Salyan-Muğan, Qarabağ və Şirvan iqtisadi rayonlarında yetişdirilir.

Ötən il 77,7 min ha sahədən 135 min ton pambıq yığılıb.

Xəbər lenti

Xəbər lenti