...

Bank Respublika PrivatMoney təcili pul köçürmələri sisteminə qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2005 15:26 (UTC +04:00)

Bank Respublika PrivatMoney təcili pul köçürmələri sisteminə qoşulması prosesini başa çatdırıb. Trend in məlumatına görə, bu barədə bankın dekabrın 15-də yayılan press-relizində məlumat verilib. Hazırda PrivatMoney-nin pul köçürmələri xidmətindən Ukrayna, Rusiya, Latviya, Belorus və digjər ölkələrin ərazisindəki 1800-dən çox məntəqəsində xidmət göstərilir. Sənəddə bildirilir ki, müştərilər bu sistem vasitəsiləç Bank Respublika-nın baş ofisindən və filiallarından qısa vaxt ərzində hesab açmadan və sərfəli tariflərlə pul ala və göndərə bilərlər.

Hazırda Bank Respublika-da Western Union, Contact, Migom, Travelex, PrivatMoney sistemləri üzrə pul köçürmələri mümkündür. Bank Respublika müştərilərin rahatlığı üçün Azərbaycanda ilk dəfə olaraq Ofis24 layihəsi çərçivəsində 24 saat bank xidmətləri tətbiq edib və orada göstərilən xidmətlərlə yanaşı təcili pul köçürmələri xidmətiləri də 24 saat fasiləsiz olaraq göstərilir.

Xəbər lenti

Xəbər lenti