...

AYİB AzDRES-in mərhələli yenidən qurulmasını təkid etməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2005 18:48 (UTC +04:00)

Avropa yenidənqurma və inkişaf bankı (AYİB) Mingəçevirdə Azərbaycan DRES-in 7 blokunun yenidən qurulmasının maliyyələşdirilməsi ideyasından imtina etmək niyyətində deyil.

AYİB-in Azərbaycandakı nümayəndəsi Reymond Konvey Trend ə bəyan edib ki, yenidənqurma prosesində ölkənin elektrik enerjisinin 60%-ni verən stansiyanı bütünlüklə bağlamaq olmaz.

"Bununla əlaqədar olaraq biz hər birində 2-3 blokun yenidən qurulacağı bir neçə fazada yenidənqurma işləri aparmağı təklif edirik.Yeni fazaya keçid ötən mərhələdə işlər başa çatdırılmaqla baş verəcək. İşlər 3 il davam edəcək və mən düşünmürəm ki, işlərin mərhələli aparılması yenidənqurmanın ləngiməsinə səbəb olar" -deyə R.Konvey bildirib.

AzDRES-in fəaliyyətdə olan 8 blokundan 7-nin yenidən qurulması üçün AYİB bir neçə tranşla $110 mln. ayırmağa hazırdır. Layihə $135 mln. olaraq qiymətləndirilir və layihə həyata keçirildikdən sonra stansiyanın gücü 2100 MVt-dan 2500 MVt-dək artırılacaq.

Xəbər lenti

Xəbər lenti