...

8 bank AMB-nin məcmu kapitalı üzrə normativlərini hələ yerinə yetirməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 16:22 (UTC +04:00)

Fəaliyyətdə olan bankların məcmu kapitalının mərhələli artırılması qrafikinin təsdiqlənməsi ilə bağlı məsələ Milli bankın idarə heyətinin müzakirəsindədir. İdarə heyətinin üzvü, kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin rəhbəri Rüfət Aslanlının Trend ə bildirdiyi kimi, 2005-ci ilin sonuna kimi qərar qəbul ediləcəyi gözlənilir.

"2007-ci ildə bankların kapitallarına minimal tələbin 10 mln yeni manat ($10 mln) səviyyəsində müəyyən ediləcəyi haqqında ilkin qərar artıq çıxarılıb. Hazırda əsas məsələ konkret qrafiklərin müəyyən edilməsindən ibarətdir", -deyə o qeyd edib.

Onun sözlərinə görə, AMB-nin ekspert qrupu tərəfindən təkliflər hazırlansa da, idarə heyəti onları qəbul etməyib. Kapitalın mərhələli şəkildə artırılmasının müəyyən edilməsinin müxtəlif variantları vardır.

Banklardan verilmiş məlumatlara əsasən, 2005-ci il dekabrın 1-nə olan vəziyyət üzrə artıq 35 bank AMB-nin təyin etdiyi normativi yerinə yetirib. Bu banklar 2006-cı il yanvarın 1-nə kimi özünün məcmu kapitalını $5 milyona çatdırmalıdır.

R.Aslanlı hesab edir ki, bank sektorunda iri müəssisələrə, kiçik və orta sahibkarlığa xidmət edən banklar arasında fərq olmamalıdır və onların birləşdirilərək daha da iriləşdirilməsi istiqamətində danışıqlar müntəzəm olaraq davam etdirilir, belə ki, bütün məsələlərədə təmas nöqtəsini tapmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti