...

Azəriqazbank Gəncə "Büllur" zavodunun maliyyələşdirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2006 17:55 (UTC +04:00)

Azəriqazbank səhmdar-investisiya bankı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) kredit xəttindən ilk tranşın hesabına Gənənin "Büllur" zavodunu maliyyələşdirmək niyyətindədir. Bankın İdarə Heyətinin sədri Azər Mövsümovun Trend ə verdiyi məlumata görə, 300 min dollar məbləğində ilk tranş gələn həftə alınacaq. Bu vəsait Rusiyadan, Çindən, Malayziyadan elektrotexnikanın (kassa aparatları, televizorlar, kompyuterlərin) yığılması üçün ehtiyat hissələrinin alınmasına yönələcək. Kredit "Büllur" zavoduna 3 illik müddətə veriləcək.

Azəriqazbank bu zavodla 1997-ci ildən işləyir. Ötən il "Büllur" zavodu özəlləşdirilib və hazırda orada yenidənqurma işləri aparılır.

AYİB-in Azəriqazbank üçün kredit xəttinin ümumi məbləği 1,5 mln dollar təşkil edir və Azərbaycan bankı onu fevralın sonlarına kimi tam mənimsəmək niyyətindədir. A.Mövsümov bunun mümkün hesab edir. Çünki bu gün artıq bu və daha böyük layihələr mövcuddur. Kredit xətti kiçik və orta sahibkarlığın inkişaf proqramı çərçivəsində açılıb və 3 il üçün nəzərdə tutulub. Avropa bankı ilə Azəriqazbank arasında kredit razılaşması 2005-ci ilin oktyabrında imzalanıb.

Xəbər lenti

Xəbər lenti