...

Martda Silk Way Airlines ilk İl-76TD-90 müasir təyyarəsini alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 18:30 (UTC +04:00)

V.P.Çkalov adına Daşkənd aviasiya istehsalat birliyi Azərbaycanın Silk Way Airlines yükdaşıma avia şirkəti üçün ilk İl-76TD-90 müasir təyyarəsini martda tədarük edəcək. Bu barədə Trend ə avia şirkətdə bildirilib. İkinci təyyarə Bakıya ilin sonunda gətiriləcək.

"Permskiy motornıy zavod" Azərbaycan avia şirkətinə müasir İl-76TD-90 yük təyyarəsi üçün növbəti iki PS-90A-76 müəhərrikini hazırlayıb.

Ötən ilin avqustunda imzalanmış niyyət memorandumu çərçivəsində "MAKS-2005" aviasiya sərgisində cəmi 8 PS-90A-76 mühərrikinin qoyulması planlaşdırılır. Hazırda artıq dörd mühərrik tədarük olunub. İkinci mühərrik komplektinin tədarükü bu ilin martında baş tutacaq.

Hazırda Rusiya zavodunda mühərriklərin fasiləsiz istismarının təmin edilməsi üçün bunların servis müşayiəti proqramının hazırlığı aparılır.

Xəbər lenti

Xəbər lenti