...

SOCAR-ın treydinq şirkəti BƏƏ limanında terminal tikintisini davam etdirir

Energetika Materials 17 Oktyabr 2016 16:43 (UTC +04:00)
"Treydinq şirkətimiz BƏƏ-də Fucayra limanında terminal tikintisini uğurla davam etdirir".
SOCAR-ın treydinq şirkəti BƏƏ limanında terminal tikintisini davam etdirir

Bakı. Trend:

"Treydinq şirkətimiz BƏƏ-də Fucayra limanında terminal tikintisini uğurla davam etdirir".

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin AZƏRTAC-da dərc olunan məqaləsində deyilir.

R.Abdullayev qeyd edib: "Neft məhsullarının istehlakçılara satışını birbaşa və əlverişli şərtlərlə təmin etmək, bu sahədən gəlirləri optimallaşdırmaq və fəaliyyəti mərkəzləşdirmək məqsədilə İsveçrədə təsis etdiyimiz “SOCAR Trading S.A.” şirkəti qısa bir müddətdə Avropada özünü tanıdaraq, Cenevrə, Sinqapur, Türkiyə, BƏƏ, Nigeriya, Vyetnamdakı bölmə və nümayəndəlikləri vasitəsilə Şərqi və Cənub-Qərbi Avropa, Şimali və Qərbi Afrika, Cənub-Şərqi Asiya və Aralıq dənizi hövzəsindəki bazarlarda möhkəmlənib".

SOCAR prezidenti bildirib ki, treydinq şirkəti BƏƏ-də Fucayra limanında terminal tikintisini uğurla davam etdirir:

"İsveçrə, Rumıniya və Ukraynadakı yanacaqdoldurma stansiyalarımız istehlakçılara “SOCAR” brendi ilə yüksək səviyyəli xidmət edərək şirkətimizin qlobal strateji inkişaf trendlərinə uyğun fəaliyyət göstərir. İsveçrənin bir neçə şəhərində, o cümlədən Sürix və Cenevrə hava limanlarında, eləcə də Rumıniya və Ukraynada yanacaqdoldurma stansiyalarımız uğurla çalışır. Pərakəndə neft məhsulları bazarında alıcıların rəğbətini qazanmağa nail olmuş yanacaqdoldurma məntəqələri (YDM) iqtisadi fayda ilə yanaşı şirkətimizin və ümumilikdə Vətənimiz Azərbaycanın təbliği işinə də mühüm töhfə verir.

Biz beynəlxalq bazarlarda iştirak coğrafiyamızı genişləndirməkdə maraqlıyıq. Bu məqsədlə dünyanın neft-qaz sənayesində gedən prosesləri dərindən təhlil edir, daxil olan təklifləri bu kontekstdə dəyərləndiririk. “Rosneft” şirkəti ilə Azərbaycan, Rusiya və üçüncü ölkələrin ərazilərində neft-qaz əməliyyatlarının aparılması ilə məşğul olacaq birgə müəssisə yaradılması haqqında razılaşma əldə etmiş, Həştərxan vilayətinin karbohidrogen ehtiyatlarının öyrənilməsinə başlamışıq. Qarşıdakı illərdə kəşfiyyat və hasilatla bağlı xarici investisiya layihələri həyata keçirmək niyyətindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti