...

Nazir qaz tariflərindən danışdı: "İş o yerə çatmışdı ki..."

Energetika Materials 7 Dekabr 2016 18:40 (UTC +04:00)
Təbii qazın əvvəlki tarifləri qalsaydı, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) investisiyaları və qaz hasilatını əvvəlki səviyyədə saxlaya bilməzdi
Nazir qaz tariflərindən danışdı: "İş o yerə çatmışdı ki..."

Bakı. Trend:

Əvvəlki qaz tarifləri qalsaydı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) investisiyaları və qaz hasilatını sabit səviyyədə saxlaya bilməzdi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, SOCAR qazın istehlakçılara çatdırılması üçün hər 1000 kubmetrə görə 140 manat sərf edir:

"Qazın orta qiymətinin 90 manat olduğunu nəzərə alsaq, onda belə çıxır ki, Dövlət Neft Şirkəti bu sahədə itkilərlə işləyir. Bunu nəzərə alaraq, SOCAR nəinki investisiya yatıra bilmirdi, həm də qaz hasilatını sabit səviyədə saxlaya bilmirdi. Hətta iş o yerə çatmışdı ki, SOCAR-a dövlət büdcəsindən vəsait ayrılması məsələsi qaldırılmışdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti